Kevin Makkarti: “Baydenin oğlunun işi ABŞ-da ikili standartlar sistemini nümayiş etdirir”

A- A A+

“ABŞ Prezidenti demokrat Cozef Baydenin oğlunun ölkə prokurorluğu ilə sövdələşmə çərçivəsində günahını etiraf etməsi ikili standartlar sistemindən xəbər verir. Lakin o, Konqresin Nümayəndələr Palatasında dövlət başçısının ailəsinin mümkün korrupsiya sxemlərində iştirakı ilə bağlı aparılan araşdırmaya mane olmayacaq.

NUHÇIXAN xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti bəyan edib.

“Hanter Bayden araşdırması ilə bu razılaşma Amerikada ikili standartlar sisteminin mövcudluğunu nümayiş etdirməyə davam edir. Əgər siz prezidentin əsas siyasi rəqibisinizsə, Ədliyyə Nazirliyi sizi sözün əsl mənasında dəmir barmaqlıqlar arxasına salmağa və sizə həbs cəzası verməyə çalışır. Amma əgər sən prezidentin oğlusansa, şirin sövdələşmə əldə edirsən”,-deyə o bildirib.

Siyasi rəqibdən danışan Makkarti əvvəllər məxfi sənədlərlə düzgün davranmamaqda ittiham olunan keçmiş prezident Donald Trampı nəzərdə tutub. Keçmiş dövlət başçısını 400 ilə qədər həbs və külli miqdarda cərimə gözləyir.

“Əslində, bu, bizim araşdırmamızı gücləndirməlidir, çünki Ədliyyə Nazirliyi hazırda istintaqın getdiyini deməklə heç bir məlumatı gizlətməməlidir. Onlar Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin sədri Ceyms Komeri tələb etdiyi hər hansı məlumatla təmin etməlidirlər”.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden vergi pozuntusu ilə bağlı iki halda günahını etiraf edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: