“Titan” batiskafının axtarış zonasında sualtı səslər qeydə alıb

A- A A+

Atlantik okeanında itmiş “Titan” batiskafının axtarış zonasında hidrolokatorlar sualtı səslər qeydə alıb. Döyəcləməyə bənzər səs hər yarım saatdan bir təkrarlanıb.

NUHÇIXAN Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ Sahil Mühafizəsi məlumatı təsdiqləyib. Sualtı səslərin qeydə alındığı zonaya əlavə vasitələr göndərildiyi, lakin axtarışların hələlik nəticəsiz qaldığı bildirilir. Axtarış-xilasetmə əməliyyatına məsafədən idarə olunan aparat da qoşulub. ABŞ və Kanadanın hərbi və mülki vasitələri ilə yanaşı, sualtı robotu olan Fransa gəmisi də axtarış zonasına yollanıb.

Mütəxəssislər ehtimal edirlər ki, əgər batiskaf fəaliyyət göstərirsə, onun göyərtəsindəki beş nəfər üçün oksigen sabah səhərə yaxın tükənəcək.

Xatırladaq ki, turist ekspedisiyası ilə "Titanik" gəmisinin qalıqlarının olduğu yerə enən sualtı aparat bazar günü radarlardan itib. Sky News telekanalının məlumatına görə, batiskafın göyərtəsində 58 yaşlı britaniyalı milyarder Hemiş Hardinq də var. O, əvvəllər Ceff Bezosun Blue Origin kompaniyası ilə kosmosa uçmuş və dünya okeanının ən dərin yeri olan Marian çökəkliyinə enmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: