Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Serj Sarkisyanın rəhbərliyi dövründə Müdafiə Nazirliyinin torpaq alqı-satqısı zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı yeni cinayət işi açıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata əsasən, Serj Sarkisyanın müdafiə naziri olduğu 2004-cü ildə Müdafiə Nazirliyi İrəvanda azı 500 min dollar dəyərində olan torpaq sahəsini banklardan birinə 90 min dollara satıb.