Fransada korrupsiyada şübhəli bilinən 2024-cü il Olimpiadasının təşkilat komitəsinin ofislərində axtarışlar aparılır

A- A A+

Fransada polis müqavilələr üzrə maliyyə fırıldaqları və yay oyunları üçün infrastrukturun qurulması və yaradılmasında dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı iki “ilkin araşdırma” ilə əlaqədar 2024-cü il (Paris-2024) Olimpiadasının təşkilat komitəsinin ofislərində reyd keçirib.

Bu barədə NUHÇIXAN CNN-ə istinadən xəbər verir.

Komitənin sözçüsü Conatan Firpo maliyyə polisinin göstərişi ilə Təşkilat Komitəsinin qərargahında axtarışların aparıldığını təsdiqləyib: “Biz istintaqla tam əməkdaşlıq edirik”.

Araşdırmalardan biri 2017-ci, ikincisi isə 2022-ci ildə başladılıb.

Fransa milli prokurorluğu bildirib ki, polis bir neçə obyektə, o cümlədən Olimpiadanın ofislərində və Parisdəki oyunlar üçün tikinti və infrastrukturun böyük hissəsinə cavabdeh olan dövlət orqanı SOLIDEO-nun baş qərargahında reyd keçirib.

Yay Oyunlarının gələn il iyulun 26-dan avqustun 11-dək keçirilməsi nəzərdə tutulub. Paralimpiya oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: