Kaxovka SES-in partladılması Ukraynaya 1,2 milyard avro zərər vurub

A- A A+

Kaxovka su elektrik stansiyasının (SES) partladılması Ukraynaya təxminən 1 milyard 200 milyon avro zərər vurub, milyona yaxın insan içməli sudan məhrum olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi naziri Ruslan Strelets bildirib.

Hazırda Xerson vilayətində, Dnepr çayının sağ sahilində dörd kənd su altındadır, digər ərazilərdə isə su artıq çəkilib. Könüllülər həmin ərazilərdə insanlara yardımı davam etdirir. Onlar yerli sakinlərə humanitar yardımlar: paltar, qida məhsulu, gigiyena məhsulları və dərman preparatları paylayırlar. Buna paralel olaraq, Dnepr çayının sol sahilində hələ də su altında qalan 17 yaşayış məntəqəsində əhalinin təxliyəsi davam edir.

Kaxovka SES-in partladılması daha bir problemə yol açıb. Daşqın Rusiya ordusunun ərazidə yerləşdirdiyi minaların yerini dəyişib.

Qeyd edək ki, minatəmizləmə işləri, infrastrukturun yenidən qurulması və dövlət sektorunun maliyyələşməsi 21-22 iyun tarixlərində Londonda 60 ölkə liderlərinin və nümayəndələrinin Ukraynanın yenidən qurulmasına dair konfransında müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: