Kiyevdə partlayış olub, ölən və yaralananlar var

A- A A+

Ukraynanın paytaxtı Kiyevdə çoxmərtəbəli binada qaz partlayışı baş verib, bir nəfər ölüb, iki nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "RBC-Ukraina" Kiyev meri Vitali Kliçkonun teleqramına istinadən məlumat yayıb.

"Partlayışın Desnyansk rayonunda qeydə alınıb. Dağıntılar altından bir nəfərin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - Kliçko bildirib.

Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, 16 mərtəbəli binada qazın partlaması nəticəsində 4 mənzil dağılıb, 6 mənzilə isə ziyan dəyib. 18 nəfər xilas edilib. Fəsadların aradan qaldırılmasına 70 nəfər və 13 texnika cəlb olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: