Parisin 5-ci rayonunda güclü partlayış baş verib

A- A A+

Parisin 5-ci rayonunda yerli vaxtla saat 17:00-da güclü partlayışdan sonra yanğın baş verib.

NUHÇIXAN xəbər verir ki, ilkin məlumata görə, partlayışa səbəb təbii qaz sızması olub. Partlayış olan binanın fasadı küçəyə uçub. Fasadı uçmuş binada Paris Amerika Akademiyasının yerləşdiyi bildirilir.

Partlayışdan əvvəl sakinlər qaz iyi hiss etdiklərini deyiblər. Hadisə nəticəsində 4 nəfər ağır olmaqla 29 nəfərin yaralandığı bildirilir. Uçqunlar altında 2 nəfərin axtarışı davam edir.

Hadisə yerinə 270 yanğınsöndürən və 9 həkim cəlb olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: