Olaf Şolts: Müharibənin dondurulması Ukraynaya sülh gətirməyəcək

A- A A+

Hərbi əməliyyatların dondurulması Ukraynaya sülh gətirməyəcək, münaqişə BMT-nin nizamnaməsi çərçivəsində həll edilməlidir.

NUHÇIXAN xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts bu fikri Bundestaqda çıxışı zamanı səsləndirib.

“Müharibənin sadəcə dondurulması regiona sülh gətirməyəcək. Sülh BMT nizamnaməsi ilə təzad təşkil etməməlidir”, - deyə Kansler vurğulayıb.

Olaf Şoltsun sözlərinə görə, o, hökumətlərarası müzakirələrdə bu məsələni Çin tərəfinə çatdırıb. “Mən Çini bu məsələ ilə bağlı öz nüfuzundan istifadə edərək Rusiyaya təsir göstərməyə çağırdım”, - deyə Almaniya Nazirlər Kabinetinin rəhbəri əlavə edib.

Kanslerin fikrincə, Ukraynadakı müharibə NATO-Rusiya qarşıdurmasına səbəb olmamalıdır. “Müharibənin Şimali Atlantika Alyansı ilə Rusiya arasında vəziyyətin gərginləşməsinə gətirib çıxarmasına yol verilməməlidir. Bu, indiyə qədər baş verməyib və bundan sonra da baş verməyəcək”, - deyə Olaf Şolts bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: