KİV: "ABŞ Paşinyandan Rusiyanın kommunikasiyalar üzərində nəzarətinə yol verməməyi tələb edir"

A- A A+

ABŞ Ermənistanın Baş naziri Nikol Paşinyandan Rusiyanın Azərbaycanla Ermənistan arasında açılacaq kommunikasiyalar üzərində nəzarətinə yol verməməyi tələb edir.

NUHÇIXAN  xəbər verir ki, bunu Ermənistanın “İravunk” qəzeti yazıb.

Söhbət Naxçıvan-Mehri-İcəvan-Horadiz dəmiryolu xəttinin açılmasından gedir.

“Azərbaycanın Qərb rayonlarından Naxçıvana Ermənistan vasitəsilə çəkiləcək nəqliyyat kommunikasiyalarının açılması prosesi ABŞ-da geniş analiz edilir. Vaşinqtonda hesab edirlər ki, Rusiya bu yola nəzarət edərsə, bu, Cənubi Qafqaz regionunda ABŞ üçün ciddi məğlubiyyət demək olacaq”, - məqalədə bildirilib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata (Azərbaycan, Rusiya, Ermənistan) uyğun olaraq tərəflər arasında kommunikasiyaların açılması nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: