Ukrayna SQ: “Məqsədimiz rusların logistik marşrutlarını məhv etməkdir”

A- A A+

“Məqsədimiz rusların logistik marşrutlarını məhv etməkdir”.

NUHÇIXAN “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (SQ) Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk deyib.

O bildirib ki, müdafiə qüvvələri hazırda fəaliyyətlərini plan üzrə davam etdirirlər: “Biz düşməni zəiflətmək, onları ehtiyatlarını artırmaq imkanlarından məhrum etmək istəyirik”.

N.Qumenyuk Ukrayna ordusunun düşmənin planlarını puç etdiyini söyləyib.

Bununla da Rusiyanın maddi-texniki təminatının zəifləyəcəyini xatırladan N.Qumenyuk hesab edir ki, bu, düşmənə həm psixoloji, həm də maddi təsir edəcək.

Qeyd edək ki, Ukrayna ordusu ötən gecə Krımla Xerson vilayətini birləşdirən Çonqarski körpüsünə raket zərbələri endirib. Məlumata görə, körpü hərəkətə bağlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: