Türkiyə 2023-cü ilin sonunadək 4 ölkəyə “ANKA” pilotsuz uçuş aparatlarını təslim edəcək.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə “Anadolu” agentliyinə açıqlamasında “ANKA” layihəsinin Baş məhsul mühəndisi Ziya Doğan bildirib.
O qeyd edib ki, gələn il “ANKA” PUA-larının ixrac edildiyi ölkələr sırasına daha bir ölkə əlavə olunacaq. Doğan həmçinin əlavə edib ki, ölkə daxilində “ANKA” PUA-larının ümumi uçuş müddəti təxminən 200 min saata çatıb.