Britaniya jurnalı dünyanın yaşamaq üçün ən yaxşı şəhərlərinin reytinqini açıqlayıb

A- A A+

Vyana yaşayış keyfiyyəti üzrə dünyanın ən yaxşı şəhərləri titulunu özündə saxlayıb və yenidən Böyük Britaniyanın “Economist Intelligence Unit” (EIU) jurnalının reytinqinə başçılıq edir. Avstriyanın paytaxtı ardıcıl olaraq bir neçə il həmin siyahıda liderliyini qorusa da, 2021-ci ildə mövqeyini itirmişdi.

NUHÇIXAN xəbər verir ki, dünyanın 172 şəhəri arasında Vyanadan sonra ilk beşlikdə müvafiq olaraq Kopenhagen (Danimarka), Melburn, Sidney (hər ikisi Avstraliya) və Vankuver (Kanada) qərarlaşıb.

EIU reytinqində sonrakı dörd yeri Sürix və Cenevrə (hər ikisi İsveçrə), Kalqari və Toronto (hər ikisi Kanada) tutub. Ötən il siyahıda 34-cü yerdə olan Oklend şəhəri (Yeni Zelandiya) isə Osaka (Yaponiya) ilə 10-cu yeri paylaşıb. Reytinqin sonuncu pillələrində Əlcəzair (Əlcəzair), Tripoli (Liviya) və Dəməşq (Suriya) şəhərləri qərarlaşıb.

Mütəxəssislər şəhərlərdə yaşayış keyfiyyəti səviyyəsini inkişaf stabilliyi, mədəniyyət, ekologiya, səhiyyə, təhsil və infrastruktur kimi bir neçə mühüm göstərici əsasında müəyyənləşdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: