Ukrayna ordusu Rusiyanın daha 13 raket, 44 artilleriya sistemi və 9 PUA-nı məhv edib

A- A A+

Ukrayna ordusu ötən sutka ərzində Rusiyanın 13 qanadlı raketini, 44 artilleriya sistemini, 9 pilotsuz uçuş aparatını (PUA) və 15 zirehli döyüş maşınını məhv edib.

NUHÇIXAN xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Rusiya Ukraynanın Xmelnitski vilayətindəki hərbi aerodroma raket zərbələri endirib. Raketlərin çoxu havada vurulub. Hücum zamanı 13 “X101/X-505” qanadlı raket və bir PUA zərərsizləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: