ABŞ əhalisi sürətlə qocalır

A- A A+

Amerika Birləşmiş Ştatlarının (ABŞ) əhalisinin orta yaş həddi sürətlə artır.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə ölkənin Siyahıyaalma Bürosu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ölkə əhalisinin orta yaş həddi tarixin ən yüksək səviyyəsinə çatıb.

Büronun statistik göstəricilərində qeyd edilir ki, ABŞ əhalisi getdikcə qocalır və ölkənin orta yaşı son iki ildə 0,2 il artaraq 38,9 yaşa çatib. Son illər ölkənin heç bir ştatının əhalisinin orta yaşında azalma müşahidə olunmayıb.

Orta yaş həddi ən yüksək olan ştatlara Men (44,8) və Nyu-Hempşir(43,3) başçılıq edir.

Bununla yanaşı, ötən illərlə müqayisədə ölkədə uşaq sahibi olmayan ailələrin də sayı artıb. Belə ki, son iki onillikdə doğum nisbətləri tədricən azalıb. Ekspertlərin fikrincə, sürətlə artan gənc əhali olmasa, ABŞ-də orta yaşın yüksəlişi davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: