İranın kəşfiyyat və təhlükəsizlik qurumlarının rəhbərləri etiraz aksiyalarına qarşı birgə plan hazırlayıb

A- A A+

İranın kəşfiyyat və təhlükəsizlik qurumlarının yüksək vəzifəli şəxsləri etiraz aksiyalarına qarşı birgə strategiya hazırlamaq üçün Məşhəd şəhərində toplantı keçiriblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, İranın ali rəhbəri toplantı iştirakçılarına müraciət ünvanlayıb.

Məlumata görə, yığıncaqda İran Kəşfiyyat və İnformasiya Nazirliyinin, İnqilab Keşikçiləri Qvardiyasının Kəşfiyyat idarəsinin yüksək vəzifəli rəsmiləri, bir sıra təhlükəsizlik və hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşları, habelə yüksək çinli hərbçilər, o cümlədən qvardiyanın baş komandanı Hüseyn Salami, Məhəmməd Şirazi, daxili işlər naziri Əhməd Vahidi, Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian, Seyid Əli Xameneinin ofisinin rəhbəri Məhəmməd Məhəmmədi - Gülpayaqani və başqa rəsmilər iştirak ediblər.

Xameneinin ismarıcında son etiraz aksiyaları zamanı İnqilab Keşikçiləri Qvardiyasının Kəşfiyyat idarəsi ilə Ettelaat arasında anlaşmanın olmadığı da vurğulanıb: “İnformasiya məsələsi ölkənin ən mühüm məsələlərindən biridir. Xüsusi xidmət orqanları ilə bağlı zəif cəhətlərimizdən biri də uyğun qurumlar arasında anlaşmanın olmamasıdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: