Ukrayna kəşfiyyatı: "Ruslar Krımdan çıxmağa başlayıblar"

A- A A+

Krımla Xerson vilayətini birləşdirən Çonqar körpüsünün vurulmasından sonra ruslar yarımadadan çıxmağa başlayıblar.

NUHÇIXAN “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Andrey Yusov deyib.

Onun sözlərinə görə, Krımdakı bir sıra müəssisələr evakuasiyaya hazırlaşır: “Onlar Rusiya ərazisinə köçmək üçün lazımi sənədlərin toplanması ilə məşğuldurlar”.

Qeyd edək ki, dünən, iyunun 22-də Ukrayna ordusu Krımla Xerson vilayətini birləşdirən Çonqar körpüsünə raket zərbələri endirib. Nəticədə körpü zədələnib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: