Atlantik okeanında “Titan” batiskafının sərnişinlərinin cəsədləri axtarılır

A- A A+

“OceanGate Expeditions” kompaniyasına məxsus “Titan” batiskafının ölmüş sayılan beş sərnişininin axtarış perspektivi qeyri-müəyyəndir. Batiskafın qalıqları batmış “Titanik” gəmisindən bir kilometr aralıda aşkarlanıb və sualtı mühitin sərt şəraiti axtarışları çətinləşdirir.

NUHÇIXAN Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ Sahil Mühafizə Xidmətinin nümayəndələri jurnalistlərə deyiblər ki, buna baxmayaraq, on müxtəlif gəminin cəlb olunduğu əməliyyat davam edir. Kontr-admiral Con Moger əməliyyatın gedişində batiskafın beş iri parçasının tapıldığını bildirib. Tapılan qalıqlar batiskafda partlayış baş verdiyini göstərir. Güman edilir ki, sərnişinlərin ölümü məhz parlayış səbəbindən baş verib.

“Titan”ın göyərtəsində britaniyalı milyarder Hemiş Hardinq, batiskafın sahibi – “OceanGate” kompaniyasının rəhbəri Stokton Raş, pakistanlı biznesmen Şahzada Davud və onun oğlu Süleyman, fransalı okeanoqraf Pol-Anri Narjole olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: