Özbəkistan parlamentinin yuxarı palatası (senat) Qazaxıstanla dövlət sərhədinin demarkasiyası haqqında müqaviləni təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat Özbəkistan senatının saytında dərc olunub.
“Bu müqavilə ilə Özbəkistan-Qazaxıstan dövlət sərhədinin müəyyənləşdirilməsi işləri tamamilə başa çatdırılıb və sərhədlərin təhlükəsizliyini və toxunulmazlığını təmin etmək üçün ən mühüm ilkin şərtlər yaranıb”, - deyə məlumatda bildirilir. Həmçinin qeyd edilir ki, sənəd 2022-ci il dekabrın 21-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tərəfindən imzalanıb.
Özbəkistan və Qazaxıstan arasında dövlət sərhədinin demarkasiya olunmuş xəttinin uzunluğu 2356 kilometrdən çoxdur.