2025-ci ildə Ukraynada “Bayraktar” PUA-ları istehsal oluna bilər

A- A A+

Türkiyənin “Baykar” kompaniyası 2025-ci ildə Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” döyüş PUA-larının istehsalına başlamaq istəyir.

NUHÇIXAN “Yeni Akit” qəzetinə istinadla xəbər verir ki, bu barədə kompaniyanın Baş direktoru Haluk Bayraktar deyib.

“Baykar” kompaniyasının Ukraynadakı “Avia Ventures MMC” törəmə müəssisəsində tikinti işləri plana uyğun olaraq davam edir. Zavodun açılışı 2025-ci ilə planlaşdırılır və hazırlıq işlərinin əsas hissəsi görülür”, - deyə Haluk Bayraktar bildirib.

“Bayraktar” PUA-larının Ukraynada istehsalı üçün zavodun inşası 2022-ci ilin avqustunda başlayıb. Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnarın sözlərinə görə, müəssisənin 2023-cü ilin sonlarınadək işə düşməsi gözlənilirdi, lakin sonradan hərbi əməliyyatlar səbəbindən ilkin planlar korrektə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: