“Vaqnerçi”lər Rusiya ərazisində daha bir helikopteri vurublar.
NUHÇIXAN xəbər verir ki, bunu “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.
“Moskva şossesində hücum dəstələrindən birinə helikopterdən atəş açılıb. “Vaqner” PMC-nin bölmələrində hamı salamatdır, helikopter vurulub, meşə zolağında yanır. Hədəflərimiz var, hamımız, 25 min nəfər ölməyə hazırdır”, - Priqojin vurğulayıb.
Onun sözlərinə görə, “Vaqnerçi”lər təhdid kimi qəbul etdiyi hər şeyi məhv edəcəklər:
“Federal Təhlükəsizlik Xidmətinə məxsus bir pilot havaya qalxmaqdan və zərbə endirməkdən imtina edib”.