Polşa Prezidenti Rusiyadakı vəziyyətlə əlaqədar Müdafiə Nazirliyi və müttəfiqlərlə məsləhətləşmələr aparıb

A- A A+

Polşa Prezidenti Anjey Duda Rusiyadakı vəziyyətlə bağlı ölkənin Baş naziri və Milli Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə o, tviter səhifəsində yazıb.

“Şərq sərhədimizin yaxınlığında baş verən hadisələrin gedişatını daim nəzarətdə saxlayırıq”, - Prezident yazıb və mövcud vəziyyəti müttəfiqlərlə də müzakirə etdiyini qeyd edib.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: