“Avropa İttifaqı (Aİ) Rusiyada Yevgeni Priqojin ətrafında baş verən hadisələri bu ölkənin daxili işi hesab edir”.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının (AK) nümayəndəsi bildirib.
“Aİ hazırkı hadisələri Rusiyanın daxili işi hesab edir. Biz vəziyyəti izləyirik”, - o deyib.