Volodimir Zelenski “Vaqner”in silahlı qiyamına münasibət bildirib: "Rusiyada böyük xaos yaranıb"

A- A A+

“Rusiya uzun müddətdir öz zəifliyini və hökumətinin axmaqlığını ört-basdır etmək üçün təbliğat aparırdı. İndi isə o qədər xaos var ki, heç bir yalanı gizlədə bilməz”.

NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

O bildirib ki, Rusiyanın zəifliyi göz qabağındadır: “Rusiya öz qoşunlarını və muzdlu qüvvələrini torpaqlarımızda nə qədər çox saxlasa, sonradan bir o qədər böyük xaos və bir o qədər çox problem yaşayacaq. Bu, göz qabağındadır. Ukrayna Avropanı Rusiyanın gətirdiyi fəlakətdən və xaosun yayılmasından qorumağa qadirdir”.

V. Zelenski qeyd edib ki, şər yolunu seçən hər kəs özünü məhv edir: “Biz möhkəmliyimizi, birliyimizi və gücümüzü qoruyuruq. Bütün komandirlərimiz və əsgərlərimiz nə edəcəklərini bilirlər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: