Rusiyanın bir neçə şəhərində və vilayətində “Teleqram” mesencerinin işində problemlər yaranıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “DownRadar” servisinin məlumatında deyilir.
Məlumata görə, “Teleqram” mesencerinin işində problemlər Moskva və Sankt-Peterburq şəhərlərində, həmçinin Volqoqrad, Voronej, Çelyabinsk, Nijeqorod vilayətlərində və Perm diyarında qeydə alınıb.
Mesencer Ukrayna ərazisində, xüsusən də Xarkov vilayətində və Kiyevdə fasilələrlə işləyir.
Bir müddət öncə Rusiya mediası kiberhücum səbəbindən “Rosbank”ın saytında və tətbiqində də problemlər yaşandığı barədə məlumat yayılıb.