Blinken G7 xarici işlər nazirləri və Borrel ilə Rusiyadakı vəziyyəti müzakirə edib

A- A A+

ABŞ dövlət katibi Antoni Blinken Rusiyadakı vəziyyəti G7 xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ilə telefonla müzakirə edib.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıqların yekunlarına dair yazılı açıqlama verib.

“Dövlət katibi Blinken Rusiyadakı mövcud vəziyyəti müzakirə etmək üçün bu gün Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə telefon danışıqları aparıb”, - diplomat bildirib.

O qeyd edib ki, hadisələrin gedişi daha da inkişaf etdikcə ABŞ müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiyanı davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: