Rusiyada müharibə dövründə müqavilə ilə xidmət üçün yaş həddi 70-ə qaldırılıb

A- A A+

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmət haqqında qanunu imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, yeni qanuna əsasən, məhkumlar Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət müqaviləsi bağlandıqdan sonra vaxtından əvvəl azad edilə bilərlər.

Bundan başqa məhkum edilmiş və xidmətə yararlılığı məhdud olan şəxslər Rusiya Federasiyasının Silahlı Qüvvələri ilə müqavilə bağlaya biləcəklər.

Putin Rusiya Federasiyasının Silahlı Qüvvələrində səfərbərlik, hərbi vəziyyət və ya müharibə dövründə xidmət üçün müqavilə bağlamış şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün hüquqi təminatları və əsasları müəyyən edən qanun imzalayıb.

Müharibə dövründə müqavilə ilə xidmət üçün yaş həddi 70 yaşa qaldırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: