“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Belarusun teleqram kanalları məlumat yayıb.
Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.
Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib.