Rusiya döyüş təyyarələrinin Suriyanın İdlib bölgəsində meyvə-tərəvəz bazarını bombalaması nəticəsində 9 mülki şəxs ölüb, 30-u yaralanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.
Bildirilib ki, hadisə İdlib əyalətinin Cisir eş Şugur rayonunda meyvə-tərəvəz bazarında olub.
Rusiya tərəfi hələ ki bununla bağlı açıqlama verməyib.