"Vaqner" Xüsusi Hərbi Şirkətinin bölmələri vilayətin ərazisini tərk edir”.
NUHÇIXAN Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev sosial şəbəkələrdə məlumat verib.
"Vaqner” bölmələrinin Voronej vilayətinin ərazisindən hərəkəti başa çatır”, - o yazıb.
Qusev əlavə edib ki, yerli hakimiyyət orqanları yekun qərardan sonra məhdudiyyətləri aradan qaldıracaq: "Həm bu, həm də dəymiş zərərin aradan qaldırılması və kompensasiya edilməsi üçün görəcəyimiz tədbirlər barədə əlavə məlumat veriləcək", - qubernator vurğulayıb.