Ukrayna DİN: “Krımı azad etməyə daha bir neçə addım yaxınlaşmışıq”

A- A A+

“Krımı azad etməyə daha bir neçə addım yaxınlaşmışıq”.

NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Anton Gereşenko tviterdə yazıb.

O bildirib ki, Ukrayna ərazi bütövlüyünü tam bərpa etmək istiqamətində daha bir neçə addım atıb.

Nazirlik nümayəndəsinin sözlərinə görə, Rusiya ordusu artıq parçalanır.

Qeyd edək ki, Krım 2014-cü ildə ilhaq edilib.

Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Rəsmi Kiyevin mövqeyinə görə, müharibə 1991-ci il sərhədlərinin bərpa olunması ilə başa çatmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: