Türkiyədə yanğın olub, zərərçəkənlər var

A- A A+

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda avtomobil təmiri sexində baş verən yanğında 5 nəfər xəsarət alıb, daha 2 nəfər tüstüdən zəhərlənib.

Bu barədə NUHÇIXAN “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, tüstü qısa müddətdə bütün sexi əhatə edib, ətrafdakılar bu barədə yanğınsöndürənlərə xəbər veriblər. Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili yardım maşınları göndərilib.

Yanğın zamanı sexdə olan 5 nəfər xəsarət alıb, habelə 2 yanğınsöndürən tüstüdən zəhərlənib. Zərərçəkənlər ilkin tibbi yardımdan sonra təcili yardımla xəstəxanaya aparılıb.

Yanğın məhdudlaşdırılıb, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, təhqiqat aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: