NUHÇIXAN-ın məlumatına görə, Rumıniyanın hüquq-mühafizə orqanları bu ölkənin Tulçea şəhərində Pablo Pikassonun Hollandiyada oğurlanmış 800 min avro dəyəri olan “Arlekinanın başı“ adlı rəsm əsərinin aşkar olunması ilə bağlı istintaq aparır. Rəsm əsəri, 2012-ci ildə məşhur Rotterdam muzeyindəki “Künsthal“ qalereyasından oğurlanan, 100 milyon avro dəyəri olan, XIX –XX əsrlərin tanınmış rəssamlarının yeddi rəsm əsərindən biridir. Onun ekspertizadan keçiriləcəyi gözlənilir. Rəsm əsərinin yeri barədə məlumatı iki Hollandiya vətəndaşı verib. Onlar tapıntını aşkar edərək Hollandiyanın Rumıniyadakı səfirliyinə müraciət ediblər və beləliklə rumın hüquq-mühafizə orqanları rəsm əsərinin izinə düşüblər.