Ermənistan parlamentinin sədri: "XİN başçılarının sabah Vaşinqtonda keçirəcəkləri görüş irəliləyişə səbəb ola bilər"

A- A A+

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında sabah Vaşinqtonda keçiriləcək danışıqlar irəliləyişə səbəb ola bilər".

NUHÇIXAN xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, danışıqlardan irəliləyiş gözləmək olar:

“Çünki təmaslar kifayət qədər intensivdir. Hər iki tərəfin təklifləri və müzakirələri öz nəticəsini verir”.

Qeyd edək ki, sabah, iyunun 27-də ABŞ-ın paytaxtı Vaşinqtonda C.Bayramovla A.Mirzoyan görüşəcək. Tərəflər arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: