Vladimir Putin ölkənin güc strukturlarının rəhbərləri ilə görüşüb

A- A A+

Rusiya Prezidenti Vladimir Putin ölkənin güc strukturlarının rəhbərləri ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, müşavirədə “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin başçılığı ilə baş verən silahlı qiyamın nəticələri və hazırda yaranmış vəziyyət müzakirə olunub.

“Mən sizi bu bir neçə gün ərzində görülən işlərə görə təşəkkür etmək və bu zaman yaranmış vəziyyəti müzakirə etmək üçün topladım. Ölkədə baş verən hadisələrin təhlili nəticəsində qarşımızda duran vəzifələrdən də danışacağıq”,-deyə Putin bildirib.

Müşavirənin başqa təfərrüatları açıqlanmayıb.

Görüşdə baş prokuror İqor Krasin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Rosqvardiyanın başçısı Viktor Zolotov, Federal Mühafizə Xidmətinin rəhbəri Dmitri Koçnev və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: