Danimarka hökuməti ukraynalı pilotların F-16 döyüş təyyarəsini idarə etmək üçün təlimlərə başladığını bildirib

A- A A+

Danimarka hökuməti ukraynalı pilotların F-16 döyüş təyyarəsini idarə etmək üçün təlimlərə başladığını bildirib.

NUHÇIXAN xəbər verir ki, Danimarka hökuməti, həmçinin sahib olduğu F-16 döyüş təyyarələrinin istismardan çıxarılma vaxtını iki il əvvələ çəkildiyini elan edib.

Planlara görə, yeni alınan beşinci nəsil F-35 qırıcıları mövcud təyyarələri əvəz edəcək. Ölkənin müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen bildirib ki, yeni döyüş təyyarələri 2025-ci ilə qədər tam istifadəyə veriləcək. Daha əvvəl bu keçidin 2027-ci ildə tamamlanması planlaşdırılmışdı.

Troels Lund Poulsenin sözlərinə görə, krallıq istismardan çıxarılan F-16 qırıcılarının Ukrayna Hərbi Hava Qüvvələrinə verilməsini də nəzərdən keçirəcək. “Ukraynalı pilotlar əvvəlcə altı-səkkiz aylıq təlim prosesindən keçməlidirlər”, - deyə o qeyd edib.

Danimarka Hərbi Hava Qüvvələrində uzun illər istifadə edilən 30 ədəd F-16 donanmasını əvəz etmək üçün 27 ədəd F-35A alıb. F-35A qırıcılarına keçid 2025-ci ilin sonuna qədər davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: