BMT “Taxıl sazişi”nin müddətinin uzadılacağına ümid edir

A- A A+

“Taxıl sazişi”nin fəaliyyəti ilə bağlı gecikmələr bizi narahat edir. Sazişin tarixinin iyulun 17-dən sonra uzadılması üçün fəaliyyətlərimiz davam edir”.

NUHÇIXAN-ın məlumatına görə, bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, BMT tərəfləri müzakirələri davam etdirməyə, əməliyyat çətinliklərini aradan qaldırmağa çağırıb:

“Narahatlığımız hələ də davam edir. Biz bunu yerlərdə tərəflərlə birlikdə həll etməyə çalışırıq. Bildiyiniz kimi, İstanbulda fəaliyyət göstərən Birgə Koordinasiya Mərkəzi (JCC) BMT, Rusiya, Ukrayna və Türkiyə rəsmilərini birləşdirib və biz bu kontekstdə çalışırıq. Mərkəzin rəsmi səhifəsi gəmilərin gündəlik fəaliyyətinin təfərrüatlarını təqdim edir, lakin sürət kifayət qədər ürəkaçan deyil”.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq. Rusiya tərəfi təşəbbüsünün müddətini uzatmayacağına dair açıqlamalar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: