CNN: ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım paketi ayıracaq

A- A A+

İyunun 27-də Birləşmiş Ştatlar Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək.

NUHÇIXAN xəbər verir ki, CNN bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Paketə "Bradley" zirehli maşınları və "Stryker" zirehli transportyorları daxil olacaq. Ukraynaya veriləcək avtomobillərin dəqiq sayı barədə məlumat verilmir.

İyun ayında ABŞ artıq Ukraynaya 325 milyon dollarlıq hərbi yardım ayırdığını bəyan edib. Ümumilikdə, ABŞ 2022-ci ilin fevralından bəri Ukraynaya hərbi yardım üçün 39 milyard dollar ayırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: