Kramatorsk şəhərində kafenin raketlə vurulması nəticəsində ölənlərin sayı səkkizə çatıb

A- A A+

Rusiyanın iyulun 27-də Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 8-ə yüksəlib. Ölənlər arasında 3 uşaq var. Dağıntılar altında hələ də dinc sakinlərin qalması ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat verib.

“Səhər saatlarına olan məlumata görə, üçü uşaq olmaqla səkkiz nəfərin öldüyü məlumdur. Daha 56 nəfər xəsarət alıb”, - deyə nazirlikdən bildiriblər.

Xilasetmə işlərinə bütün ixtisaslaşmış xidmətlərin əməkdaşları - xilasedicilər, psixoloqlar, polis tibb işçiləri, partlayıcı maddələr üzrə ekspertlər, müstəntiqlər və məhkəmə-tibb ekspertləri cəlb olunub.

Qeyd edək ki, Rusiya qoşunları iyunun 27-də axşam saatlarında Kramatorska raket hücumu həyata keçirmək üçün S-300 zenit-raket kompleksindən istifadə edib. Raket dinc sakinlərin çox olduğu şəhər mərkəzindəki kafelərin birini dağıdıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: