Pakistanda yaşayış binasına silahlı hücum zamanı azı 9 nəfər ölüb

A- A A+

Pakistanın Xayber Paxtunxva əyalətində yaşayış binasına silahlı hücum nəticəsində azı 9 nəfər ölüb, 2 nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə çərşənbə günü polisə istinadən Sinxua agentliyi məlumat yayıb.

Hadisə çərşənbə günü səhər saatlarında Mələkənd rayonunda baş verib. Üç silahlı şəxs yaşayış binalarından birinə soxularaq sakinlərə atəş açıb, sonra isə hadisə yerini tərk edib.

Bildirilir ki, hücuma səbəb ailələr arasında mübahisə ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: