İsveç hökuməti gələn il müdafiəyə bu illə müqayisədə 20 milyard kron (1,86 milyard dollar) çox vəsait ayırmağı planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Bildirilib ki, İsveç NATO-ya üzv olan bütün ölkələr qarşısında hərbi xərclərin ÜDM-in 2 faizinə çatdırılması vəzifəsini yerinə yetirəcək.
“Biz dedik ki, gələn il büdcəni təxminən 20 milyard (kron – red.) artırmalı olacağıq və bu, tamamilə zəruridir”, - müdafiə naziri Paul Jonsson telekanala müsahibəsində deyib.
Ümumilikdə, gələn il müdafiə büdcəsinin təxminən 117 milyard kron (10,86 milyard dollar) olacağı gözlənilir. 2025-ci ildə daha 12 milyard kron (1,11 milyard dollar) əlavə etmək planlaşdırılır.