“Titan” batiskafının qəzaya uğradığı ərazidə tapılan insan qalıqları sahilə çıxarılıb

A- A A+

Atlantik okeanında “Titan” batiskafının qəzaya uğradığı ərazidə insan qalıqları tapılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizə Xidməti məlumat yayıb.

Qəzaya uğrayan batiskafın bəzi hissələri ilə yanaşı, insan qalıqları da sahilə çıxarılıb.

Xatırladaq ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında yüksək təzyiqdən partlayıb. “Titan”ın göyərtəsində britaniyalı milyarder Hemiş Hardinq, batiskafın sahibi – “OceanGate” kompaniyasının rəhbəri Stokton Raş, pakistanlı biznesmen Şahzada Davud və onun oğlu Süleyman, fransalı okeanoqraf Pol-Anri Narjole olub. Onların qəzada öldüyü bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: