Rusiya parlamenti Quranın yandırılmasını pisləyən bəyanat qəbul edib

A- A A+

Rusiya Dövlət Duması bu gün keçirilən plenar iclasında Qurban bayramında Quranın yandırılmasına icazə verən İsveç hakimiyyətinin hərəkətlərini pisləyən bəyanat qəbul edib.

NUHÇIXAN Rusiya KİV-ə istinadən xəbər verir ki, bəyanatda rusiyalı deputatların İsveç hakimiyyətinin təsdiqlədiyi növbəti vandalizm aktını qətiyyətlə pislədiyi bildirilib.

"Biz onları müsəlmanların hüquqlarının pozulmasının və dini hisslərinin təhqir olunmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırırıq. Bu cür hərəkətlər ekstremist təzahürlər üçün ilkin şərtlər yaradır, BMT Nizamnaməsinin məqsəd və prinsiplərini kobud şəkildə pozur”, - bəyanatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: