Meksikada kəskin istilər 100-dən çox insanın həyatına son qoyub

A- A A+

Meksikada son həftələrdə davam edən kəskin istilər səbəbindən həyatını itirənlərin sayı 112-yə çatıb.

NUHÇIXAN xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, xüsusilə ölkənin şimal-qərb və cənub-şərqində rekord istilər daha çox insan tələfatı ilə nəticələnib.

Səhiyyə Nazirliyinin açıqlamasında ölənlərin 45-64 yaş aralığında olduğu, 112 nəfərdən 104-nün günvurma nəticəsində öldüyü bildirilib.

Milli Meteorologiya Xidməti ölkə ərazisində istilərin daha 10-15 gün davam edəcəyini açıqlayıb və xroniki xəstələrə lazım olmadıqca müəyyən vaxtlarda çölə çıxmamağı tövsiyə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: