“Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyamı Rusiyadakı sabitliyə təsir etməyib”.
NUHÇIXAN xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov iyunun 30-da keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Qərbdə kiminsə Rusiyadakı sabitliyə şübhəsi varsa, bu, onların öz problemidir: “Qərb Rusiyanın milli maraqlarından narahat olmasın. Biz bütün çətinliklərdən əvvəlkinə nisbətən daha güclü çıxmışıq”.
Nazirin sözlərinə görə, Rusiyada bir çox Qərb liderlərinin adekvatlılığına dair ciddi şübhələr var.