Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Silahlı Qüvvələrin Ali Baş Komandanlığının qərargah iclasında Ukraynanın şimal ərazilərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə qərar qəbul edilib.
NUHÇIXAN xəbər verir ki, iclasda ayrı-ayrılıqda Baş Kəşfiyyat İdarəsinin, Xarici Kəşfiyyat Xidmətinin, Ukrayna Təhlükəsizlik Xidmətinin və Dövlət Sərhəd Xidmətinin rəhbərlərinin Belarusla sərhəddəki vəziyyətlə bağlı hesabatı dinlənilib.
İclasda Volodimir Zelenski güc strukturlarının rəhbərlərinə ölkənin şimal sərhədlərinin gücləndirilməsi ilə bağlı tapşırıq verib.