ABŞ Ukraynanın əks-hücum əməliyyatlarını yüksək qiymətləndirib

A- A A+

“Ukraynanın əks-hücum əməliyyatları uğurla davam edir və ordu davamlı şəkildə irəliləyir”.

NUHÇIXAN xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi, general Mark Milley deyib.

O bildirib ki, real müharibə kompüter oyunlarından fərqlənir: “Mən əks-hücum əməliyyatlarının 6, 8, 10 həftə və daha çox çəkə biləcəyini, qanlı və çətin olacağını demişdim”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski keçən həftə demişdi ki, əks-hücum əməliyyatları gözlənildiyindən daha yavaş sürətlə gedir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: