Fransa polisinin saxladığı etirazçıların 30%-i yetkinlik yaşına çatmayanlardır

A- A A+

Fransada dörd gündür davam edən iğtişaşlar zamanı polis tərəfindən saxlanılan 2 min nəfərdən çox etirazçının təxminən 30%-i yetkinlik yaşına çatmayanlardır.

NUHÇIXAN xəbər verir ki, bunu BFMT V-yə Fransanın ədliyyə naziri Erik Düpon-Moretti deyib.

O, xatırladıb ki, 13-14 yaşlı övladları etirazlarda iştirak edən valideynləri 2 il həbs və 30 min avro cərimə gözləyir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, dörd gün ərzində Fransada iğtişaşlarla bağlı 2,4 minə yaxın adam saxlanılıb.

Qeyd edək ki, çərşənbə axşamı şəhər polisinin əməkdaşları Nanter şəhərində yolda yoxlama zamanı 17 yaşlı əlcəzairlini güllələyiblər. Həmin gündən Fransanın bir sıra şəhərlərində iğtişaşlar davam edir. Hakimiyyət bəzi şəhərlərə polis xüsusi təyinatlıları yerləşdirib, zirehli texnika və helikopterləri cəlb edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: