İranda havanın temperaturu 50 dərəcəyə çatıb

A- A A+

İranın Sistan-Bəlucistan əyalətinin Zəhək və Hirmənd şəhərləri 50 dərəcə isti ilə ölkənin ən isti bölgələri olub.

NUHÇIXAN İranın rəsmi agentliyi İRNA-ya istinadən xəbər verir ki, Sistan-Bəlucistan əyalətinin Meteorologiya İdarəsinin baş direktoru Möhsün Heydəri bölgədəki isti hava ilə bağlı açıqlama verib.

Vilayətin inzibati mərkəzi olan Zahidan şəhərində havanın temperaturunun 42 dərəcə olaraq ölçüldüyünü bildirən Heydəri, bazar ertəsi günündən etibarən küləyin güclənməsi ilə hava istiliyinin azalacağına diqqət çəkib.

Əyalətdə küləyin sürətinin artması ilə toz kütlələrinin də artacağını bildirən Heydəri, insanları zərurət olmadıqca açıq havaya çıxmamaq və görmə qabiliyyətinin azalması ilə nəqliyyatdan istifadə etməmək barədə xəbərdarlıq edib.

Sistan-Bəlucistan Böhran Vəziyyətlərinin İdarəedilməsi İdarəsinin Baş direktoru Məcid Mohibbi də əyalətin Zabul, Zəhək, Hamun, Hirmənd və Nimruz şəhərlərində fırtınanın səbəb olduğu tozlu hava şəraiti ilə əlaqədar, bir nəfərin öldüyünü, mindən çox insanın xəstəxana və tibb mərkəzlərinə köçürüldüyünü açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: