İranda bu ilin altı ayında edam edilənlərin sayı açıqlanıb

A- A A+

2023-cü ilin ilk 6 ayı ərzində İranda 354 nəfər edam olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Hüquqları təşkilatı məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz çoxdur. Belə ki, 2022-ci ilin birinci yarısında ölkədə 261 nəfər edam olunub.

Hesabatda vurğulanıb ki, edam olunanlar arasında qeyri-fars etnik qruplar daha çoxdur. Edam olunanların 20 faizi sünni bəluc etnik azlığının üzvləridir.

206 nəfərin narkotiklə bağlı ittihamlara görə edam edildiyi bildirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 126 faiz çoxdur.

Qeyd edək ki, insan hüquqları təşkilatları Tehranı ötən ilin sentyabrında başlayan etiraz hərəkatından sonra cəmiyyətdə qorxu yaratmaq üçün ölüm hökmünün tətbiqini artırmaqda günahlandırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: