Ötən ay Türkiyə 334 milyon dollarlıq müdafiə məhsulu ixrac edib

A- A A+

Türkiyə Müdafiə və Aerokosmik Sənaye sektoru 2023-cü ilin iyun ayında 334 milyon ABŞ dolları dəyərində ixracat həyata keçirib.

NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, 2022-ci ilin iyun ayında 286 milyon dollarlıq ixrac reallaşdıran sektorun 2023-cü ilin iyun ayında 334 milyon 375 min ABŞ dolları dəyərində ixracata imza atması ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artım deməkdir. Eyni zamanda 2022-ci ilin birinci yarısı ilə müqayisədə 2023-cü ilin birinci yarısında ümumi ixrac dəyərlərində artım 21% təşkil edib. Ötən ili 4,4 milyard dollarlıq rekord ixracatla başa vuran Türkiyə Müdafiə və Aerokosmik Sənayesi sektoru 2023-cü ildə 6 milyard dollarlıq ixracatla yeni rekorda imza atmağı hədəfləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: